Dövlət Müstəqilliyi Günü münasibətilə Tovuz Rayon İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə
ümumrayon yürüşü keçirilib.

“Bölgənin Səsi” saytının məlumatına görə, yürüşdə 500-ə yaxın gənc iştirak edib.

Yekunda Tovuz Gənclər Evi Könüllüləri və Rəqs dərnəyinin üzvləri “Dövlət müstəqilliyimiz əbədidir!” devizi altında flaşmob keçiriliblər.