Oktyabr 8-də Tovuz Dövlət Sosial İqtisad Kollecinin tələbələri Qovlar şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

“Bölgənin Səsi” saytının məlumatına görə, ziyarət kollecin Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunub.

Tələbə gənclər şəhidlərin məzarı üzərində təmizlik işləri aparıblar.