Azərbaycan karateçisi Moskvada keçirilən “Karate 1” Premyer Liqa turnirində final mərhələsinə adlayıb.

75 kq çəkidə çıxış edən 34 yaşlı karateçi Rafael Ağayev ardıcıllıqla Yassin Sekuriyə (Mərakeş), Rodriqo İbanezə (İspaniya), Matus Lieskovskiyə (Slovakiya) və Bəhmən Əsgəriyə (İran)üstün gəlib. O, oktyabrın 6-da baş tutacaq finalda Yermek Aynəzərovla (Qazaxıstan) döyüşəcək.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirləri seriyasından mövsümün altıncı mərhələsində 85 ölkədən 642 karateçi yarışır.