Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan ”Gənclər arasında könüllülüyün təşviqi” layihəsi çərçivəsində Qazax Gənclər Mərkəzində tədbir təşkil edilib.

Tədbirin açılışında “Gənclərin Həmrəyliyi” ictimai birliyinin sədr müavini Zülfiyyə Nuriyeva layihə haqqında geniş məlumat verib. Qazax GİKM-nin direktoru İsmayıl Süleymanov isə qonaqları salamlayaraq layihəyə uğurlar arzulayıb. Daha sonra Kazım Məmmədov gənclərə könüllülük nədir, könüllülüyün tarixi, könüllüyün prinsip və məqsədləri, könüllülüyün cəmiyyətin inkişafına tövhəsi, könüllülüyün gənclərin inkişafında və karyerasında uğuru barədə təlim keçib.

Sonda təlimdə iştirak edən 20 gəncə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi tərəfindən sertifikat təqdim olunub.

Qeyd edək layihə çərçivəsində Qazaxla yanaşı 3 regionda – Tovuz, Şəmkir və Balakən rayonlarında gənclər arasında maarifləndirmə işlərinin aparılması nəzərdə tutulur.