AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
 
İclasın Birinci Divizionun 4-cü turuna həsr olunmuş hissəsində aşağıdakı qərarlar qəbul edilib.
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun “Sumqayıt-2” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39). Oyunun 76-cı dəqiqəsində MOİK klubunun 6 №-li futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47). “Sumqayıt-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun “Ağsu” – “Neftçi-2” matçında “Ağsu” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur (maddə 54).
20 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun “Qarabağ-2” – “Səbail-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 39).
19 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun IV  turunun “Turan Tovuz” – “Kəpəz” matçında “Turan Tovuz” klubunun nümayəndəsi oyunöncəsi iclasa gecikdiyinə görə klub 80 manat cərimə olunur (maddə 62.1). “Turan Tovuz” və “Kəpəz” klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiklərinə görə hər iki klub 80 manat cərimə olunur (maddə 51.2).
13 sentyabr 2019-cu il, 2019/2020 mövsümündə, Azərbaycan I divizionun III turunun MOİK – “Keşlə” matçında MOİK komandası oyunun videoçəkilişini aparmadığına görə klub 80 manat cərimə olunur (maddə 60).