Azərbaycanın FIFA referisi Rauf Cabarov beynəlxalq təyinat alıb.

AFFA-nın rəsmi saytı xəbər verir ki, o, UEFA Gənclər Liqasında “Dinamo” (Kiyev, Ukrayna) – “Şkendiya” (Şimali Makedoniya) oyunununu idarədə edəcək.

Cabbarova yan xətt hakimləri Akif Əmirəli və Namiq Hüseynov köməklik göstərəcək.

Qeyd edək ki, oktyabrın 2-də Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.