Bu gün Qazax GİKM, Qazax şəhər 1 və 2 saylı Uşaq Musiqi məktəblərinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəyovun anadan olmasının 134 illiyinə həsr olunmuş konsert keçirilib.
Qazax rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə musiqi məktəblərinin şagird və müəllim kollektivi dahi bəstəkarın əsərlərini ifa ediblər. Həmçinin “Leyli və Məcnun” operasından, eləcə də, “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarından səhnəciklər göstəriblər.
Konsert proqramında fəal iştirak edən 37 gənc Qazax GİKM tərəfindən fəxri fərmanlarla təltif olunublar.
Qeyd edək ki, tədbiri ümumilikdə 150-yə yaxın tamaşaçı izləyib.