Prezident İlham Əliyev təltif sərəncamları imzalayıb. Təltiflər musiqi mədəniyyətinin inkişafında, Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlər, musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlə əsaslandırılıb.

Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu xalq artisti; Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu əməkdar incəsənət xadimi; Butenko İqor Leonidoviç, Pyatkin Nikolay Aleksandroviç əməkdar artist; Göyçayskaya Səidə Oqtay qızı, Hüseynova Rüxsarə Hüseyn qızı, Yaqubova Nazilə Mir Teymur qızı əməkdar müəllim fəxri adları alıblar.

Babayev Mobil Rəşid oğlu və Qasımova Ruhəngiz Nağı qızına prezidentin fəxri diplomu, Dadaşov Ağa Dadaş Hacı Bala oğlu və Əfəndiyeva İmruz Məmməd Sadıx qızına prezidentin fərdi təqaüdü verilib.

Bu şəxslər isə “Tərəqqi” medalı ilə təltif ediliblər: Dadaşova Natalya Konstantinovna, Hüseynova Sevda Əli qızı, Məmmədov Nüsrət Cəfər oğlu, Məmmədova Aliyə Tariyel qızı, Zahid Azad Vasif oğlu.

Sentyabrın 18-i bəstəkar, Azərbaycan milli operasının banisi, musiqişünas, publisist və pedaqoq Üzeyir Hacıbəyovun (1885-1948) doğum günüdür. 1995-ci ildə imzalanmış prezident fərmanı ilə 18 sentyabr Üzeyir Musiqi Günü kimi qeyd olunur.